"Aristokrat" Tibb Mərkəzi info@dentalfashion.az
Diş Daşlarının Təmizlənməsi

Diş daşlarının təmizlənməsi

Diş daşı nədir və necə yaranır?

Diş daşlarının təmizlənməsi bir çoxları üçün önəmsiz sayılsa da dişlərin sağlamlığı üçün ən mühüm şeylərdən biridir. Diş daşları diş ətinin qidalanmasına maneə olur və diş ətinin iltihablanmasına səbəb olur. Diş əti iltihabı əvvəlcə lokal sonra isə yayılmış vəziyyət alır. Diş daşlarını fırça ilə təmizləmək mümkün olmadığından professional təmizlik üçün mütləq stomatoloqa müraciət edilməlidir. Diş daşları yalnız pasientin gördüyü dişin boynunda yaranan bir qalıq deyil, paralel olaraq diş ətinin altında da yaranır və bundan pasientin xəbəri olmur. Əvvəlcə gingivit, sonra isə paradontit yaradaraq nəinki diş ətini zədələyir, həmçinin çənə və əngin rezorbsiyasına (sorulmasına) səbəbkar olur. Bu isə son nəticədə dişlərin 3, 4-cü dərəcəli laxlaması ilə nəticələnir və dişlər çəkilməli olur. Bundan başqa dişlərin boyun nahiyəsində karies əmələ gətirir. Bu karies növü əksərən diş sinirinin çıxması ilə müalicə olunur.

Diş daşlarının təmizlənməsi necə aparılır?

Yalnızca 40-45 dəqiqə ərzində diş daşlarından qurtulmaq olar və siz sağlamlığınızı qorumuş olarsınız. Diş daşları scaler aparatı ilə ağrısız bir şəkildə təmizlənir və dişlərin minasına heç bir zərər gəlmir.

Elə indi Stomatoloq Dr. Taleh Sadıxzadənin qəbuluna birbaşa saytdan yazıla bilərsiniz: Randevu