"Aristokrat" Tibb Mərkəzi info@dentalfashion.az
Dişlərin Qapaqlarla Müalicəsi

Dişlərin qapaqlarla müalicəsi

Diş qapaqlarından nə zaman istifadə olunur?

Tək və ya çoxlu diş çatışmazlıqlarında istifadə olunan, original dişlərin funksiya, estetika və fonasiya (danışıq) qabiliyyətini təkrarlayan sünii dişlərdir. Metalı fərqli qarışımlardan olsa da üzəri keramikadan hazırlanır. Metal olaraq isə metal xəlitələri, zirkonium istifadə olunur. Metalsız qapaqlar isə müasir zamanda estetik tələblərə görə çox istifadə olunmağa başlamışdır. Ön nahiyədə metalsız qapaqlar daha estetik nəticə yaradır, arxa nahiyələrdə isə daha çox möhkəmliyi olan metal-keramik qapaqlar istifadəyə uyğun hesab edilir.

1
2

Dişlərə nəyə görə qapaq müalicəsi edərik?

  • kanal müalicəsi sonrası canlılığını və qidalanmasını itirərək gücsüzləşən dişin qorunması və gücləndirilməsi lazım olan vəziyyətlərdə.
  • kanal müalicəsi səbəbilə dişlərdə rəng problemləri yarandıqda.
  • plomb ilə restavrasiya üçün yetəri qədər diş toxuması olmayan çürük,qırıqlarda.
  • həssaslığa səbəb olan qırıq və çatlarda.
  • eroziya (aşınma) səbəbilə dişi qorumaq lazım gəldikdə.
  • dişi sıxma və qıcırdatma (bruksizm) səbəbilə yaranan aşınmalarda.
  • dişlər arasında yerləşmə və istiqamət fərqləri olduqda ezstetika üçün və s.
3

Zirkon Qapaqlar

Klassik diş bərpalarında keramika tətbiqlərində dayanıqlılıq üçün, keramik dişin altına metal bir infrastruktur istifadə edilməkdə idi. Bu metal infrastrukturun diş ətləri, diş toxuması, ümumi bədən sağlığı və ən əhəmiyyətlisi estetik cəhətdən eyibləri göründüyündən, ümumi mənada metala alternativ axtarışlara gedildi. Daha əvvəl tibbin digər sahələrində müvəffəqiyyətlə istifadə edilən zirkonun diş həkimliyində keramik metalın yerinə tətbiq olunması ilə yeni bir başlanğıc açılmış oldu.

Çünki bu yeni zirkon infrastrukturlu keramik örtüklər mexaniki müqaviməti, bioloji uyğunluğu və qırılma müqaviməti ilə digər dental materiallar arasından seçilməkdədir.Diş əti problemləri və allergiyaya səbəb olmaz, işıq keçirmə xüsusiyyəti ilə təbii dişlərə yaxın estetik  funksiyasnı əldə etməyinizi təmin edər.

Zirkonun üzərinə keramika qoyularaq edilən qapaq və körpülər Keramik və Zirkon sözlərinin birləşməsindən yaranan Cercon qısa adı ilə adlanır. 900 MPa müqavimətə sahib sistem ən yüksək fiziki dəyərlərin yanında işıq keçirmə xüsusiyyəti toxuma uyğunlaşmasını və bir çox dəyişik formaları əhatə edərək diş həkimliyində yeni bir dövr başlatmışdır. Hətta son illərdə 2500 MPa müqavimətə sahib zirkonlar mövcutdur. Bunlar arxa dişlərdə daha çox istifadə olunur.

Materialın müvəffəqiyyəti tibb və sənaye sahəsində sübut edilmişdir. 1998-ci ildə başlayan araşdırmalar nəticəsində 2002-ci  ilin əvvəlindən etibarən kliniki tətbiqlərə bütün dünyada başlanılmışdır.

Bu situasiyalarda istifadə olunur:

  • Tək diş qapaq örtmələrində
  • Arxa diş  əskikliklərində hazırlanan körpülərdə
  • İmplant üstü estetik qapaq – körpü işləri

Dişlərin bərpası diş həkimi və texniki tərəfindən kompyuter mühitində edilir və dişlər kompyuterlə yonma texnikası ilə xüsusi hazırlanmış keramik bloklardan yaradılır. Bu sistemdə istifadə edilən farforun iç quruluşunda kristal və ya zirkonyum var, beləcə mükəmməl estetik keyfiyyət və təbiilik tutulur.

Bir çox texnika adamın gülüşünü sanki yenidən hazırlayarkən kompüter dəstəkli tətbiqlər heç bir səhv olmadan istənilən dişlərə və gülümsəməyə çatılmasını təmin edir. CAD-CAM (computer aided design-computer aided manufacturing) kompüter köməyilə dişlərdə yeni dizaynlar mənasını verər.Dişlərinin görünüşündən və gülüşündən razı olmayan fərdlər bu irəli texnologiya keramik sistemləri ilə istədikləri təbii dişlərə və gülüşə sahib ola bilirlər.

Yaxşı qulluq edərsə, onlar uzun müddət problemsiz istifadə oluna bilərlərlər. Analoji sistemlərlə müqayisədə, onlar ləkələnmə və aşınmaya qarşı daha davamlıdırlar. Onların ömürlərini uzatmaq üçün çox sərt qidaları dişləməkdən, dırnaq yemək kimi pis vərdişlərdən uzaq olmaq lazımdır.

6
7