"Aristokrat" Tibb Mərkəzi info@dentalfashion.az
Dişlərin Vinirlərlə Estetik Bərpası

Dişlərin vinirlərlə estetik bərpası

Keramik laminat vinirlər nədir?

Keramik laminat vinirlər görünüşünüzə mənfi təsir göstərən bir çox diş problemlərinin estetik həllidir. Laminat vinirlərlə müalicənin mahiyyəti – keramikadan hazırlanan nazik, yarı şəffaf təbəqələrin dişlərin ön səthlərinə yapışdırılmasındadır. Bu növ müalicə əsasən estetik problemləri olan ön dişlərdə tətbiq olunur və ən konservativ (qoruyucu) müalicələrdən biridir. Vinirlərin hazırlanması üçün dişlərin ön səthindən çox az bir qalınlıqda mina təbəqəsinin yonulub götürülməsi yetərlidir. Təxminən 0,3-0,7 mm qalınlığında diş toxuması yonulub götürülür. Yonulmuş dişlərdən ölçü alınır və istənilən rəng və formada vinirlər diş texniki laboratoriyasında hazırlanıb dişlərin ön səthlərinə xüsusi yapışdırıcı – adheziv ilə yapışdırılır. Vinirlərlə dişlər arasında möhkəm bir birləşmə əmələ gəlir. Çox incə və metalsız olduğundan, onlar təbii dişlərə mükəmməl estetik görünüş verirlər.

Collection-of-EMax-Crowns-3-1024×660
473f2103adb78338178b1a3cf5548213

Laminat vinirlər nə zaman istifadə edilir?

Laminat vinirlər, əsasən, dişlərə istənilən rəng və estetik görünüş vermək məqsədi ilə tətbiq olunurlar. İstifadə oluna bilən sahələr aşağıdakı ardıcıllıqla sıralana bilər:

  • Müxtəlif səbəblərdən (məsələn, çoxlu antibiotik, ftor və başqa dərmanlar istifadə etdikdə) təbii dişlərin rənglərinin dəyişilməsi hansı hallarda ki, diş ağartma (bleaching) üsulları ilə yaxşı nəticə əldə etmək mümkün olmur,
  • Dişlər bir-birindən aralı olduqda (diastema) onların arasını bağlamaq məqsədilə,
  • Qırıq və ya sürtülmüş dişlərin bərpasında,
  • Rəngi və forması pozulmuş köhnə restavrasiyaların üzlənməsində,
  • Çarpaz ve əyri dişlərin düzəldilməsində (ortodontik müalicəyə alternativ olaraq).

Nə üçün seçimimiz vinir olmalıdır?

Dişlərin estetik bərpası üçün ən ideal seçim vinirləmələrdir. Çünki, diş minası heç bir zədə görmür, diş ətinə əlavə müdaxilə olunmur, diş ətrafına əlavə travmalar çox olunmur. Sözsüz ki, diş ətinə müdaxilələr oluna bilir. Bəzən biz diş ətində bərabərləşmə həyata keçiririk. Diş çox qısa olduqda dişin uzadılmasını həyata keçiririk. Gülümsəmədə təkcə dişlərin deyil, diş ətlərinin də sərhədlərini düzəldirik.

Pasiyent ağız boşluğunun yaxşı gigiyenasını təmin edərsə və laminatlara yaxşı qulluq edərsə, onlar uzun müddət problemsiz istifadə oluna bilərlərlər. Analoji sistemlərlə müqayisədə, onlar ləkələnmə və aşınmaya qarşı daha davamlıdırlar. Onların ömürlərini uzatmaq üçün çox sərt qidaları dişləməkdən, dırnaq yemək kimi pis vərdişlərdən uzaq olmaq lazımdır.