skip to Main Content
"Aristokrat" Tibb Mərkəzi info@dentalfashion.az
Karies Və Kariesin Müalicəsi

Karies və kariesin müalicəsi

Karies və kariesin  müalicəsi

Ümumiyyətlə dişin görünüşünü pozan yalnızca karies deyil, əvvəlcə bunu bilməliyik. Dişlərin karies və qeyri-karies xəstəlikləri mövcuddur ki, dişlərin görüntüsünü, sağlam təbəssümü pozur.

Qeyri karioz proseslər:

  1. Hipoplaziya
  2. Hiperplaziya
  3. Flüoroz
  4. Ölçü və forma anomaliyaları
  5. Rənginin dəyişilmələri (bir çox səbəbdən –məsələn, dişlər çıxmamışdan tetrasiklin istifadəsi, ananın hamiləikən tetrasiklindən istifadəsi, siniri çıxmış diş və s.)
  6. Dişlərin inkişafının irsi pozulmalari
  7. Eroziya
  8. Pazşəkilli zədə
  9. Nekroz
  10. Sürtülmə
  11. Hiperteziya

Bütün bunlar dişlərimizin görünüşünü, qidalanmamızı, təbəssümümüzü pozan faktorlardır. Müasir stomatologiya bütün bu proseslərin müalicəsinə imkan verir.

Kariesin əmələ gəlmə səbələri

Karies özü isə bakteriyaların, qeyri-qənaətbəxş gigiyenanın, sudakı ya qidadakı flüorun, irsi amillərin, qidalanmanın, digər həzm sistemi xəstəliklərinin və s. səbəblərindən yaranır. Əvvəlcə lokal kiçik bir hissədə əmələ gəlir və vaxtında müalicə olunmadıqda dişin itirilməsi hətta ağır formalarda abses, fleqmonalara səbəb olaraq cərrahi əməlliyyatlara qədər problemlərin yaranması ilə sonlanır. Karies ləkə, səthi, orta və dərin formada olur, dərin forması isə müalicə olunmadıqda pulpitə (dişin dammar-sinir dəstəsinin iltihabına) gətirib çıxarır.

Kariesin müalicəsi

Müasir restavrasiya materialları (plomba materialları) ilə kariesin istənilən mərhələsində siniri sağlam saxlayaraq müalicə mümkündür, bir gəlişdə üstəlik. Digər qeyri-karioz xəstəliklər isə mövcud şəraitdən yəni, dişin toxumalarının itirilmə həcmi, forması, sağlamlığından asılı olaraq həm plomba, həm də estetik qapaqlarlar müalicə etmək mümkündür

Kariesin profilaktikası

Profilaktika əslində çox geniş bir məsələdir və bizdən asılı olan və olmayan çox faktorlar var: Suyun Ph-ı, flüoru, südün və qidanın flüoru, qidadakı, sudakı mikroelementlərin nisbəti, qidamızı nəyin təşkil etməsi (ət üstünlüklü, yaşıllıq üstünlüklü və ya dietik), ağız boşluğunun gigiyenası, ağız suyunun tərkibi, qatılığı, aktivliyi, həzm sistemi xəstəlikləri, qurd xəstəlikləri, əsəb-stresslə bağlı və s. faktorlar vardır. Və biz bunların hər birinin qarşısını ala bilmərik, nəticədə bizimçün ən əsası olan odur ki, hər qidadan sonra dişləri fırçalayaq. Təbii ki iş şəraiti, tənbəllik və ya ən sadəsi dişlərə qulluğu doğru bilməmə (düzgün fırçalamama) bizim üçün əlavə faktorlar kimi meydana çıxır. Stomatologdan bununla bağlı da məsləhətlər ala bilərsiniz. Suallarınız üşün “Sual-cavab” bölməsinə yaza bilərsiniz.

Back To Top